
21 avqustda gerçəkləşən günəş tutulması ABŞ-da daha aydın müşahidə edildi. Çox nadir bu təbiət hadisəsinə ABŞ prezidenti Donald Trampın davranışı və NASA-nın zarafatı damğasını vurub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Tramp günəş tutulmasını eynəksiz izləyib və buna görə də sosial şəbəkədə zarafat hədəfi olub. Tutulmanı izləyən prezident əvvəlcə eynəkdən istifadə edib, sonra isə eynəksiz izləməyə başlayıb. Məsləhətçilərindən biri isə "Baxmayın" deyərək Trampa müdaxilə edib. Qeyd edək ki, ABŞ mediası prosesi eynəksiz izləmənin korluğa səbəb ola biləcəyi barədə məlumat yaymışdı.
NASA-nın "Twitter"dəki "NASA Ay" hesabı isə "NASA Günəşi bloklayıb" və "Ha ha ha Günəşi blokladım! Aya yol ver" paylaşımlarını edib.
Gülşən
Qaynarinfo.Az

