Elm adamları Ayın nəhəng toqquşmadan meydana gəldiyini düşünürlər. 4.6 milyard il əvvəl öncə Günəş və Günəş sistemindəki planetlər əmələ gələrkən Ayın da yarandığını zənn edirlər.
Qaynar.info axar.az-a istinadən Ay ilə bağlı maraqlı və sirli məqamları təqdim edir:
Nəhəng toqquşma
Toqquşmanın təsiri ilə buxarlaşmış qayalardan meydana gələn buludlar Yerin ətrafını əhatələyib. Buludlar vaxt keçdikcə soyuyub və sıxılaraq parçalar əmələ gətirib. Bu parçalar zaman keçdikcə birləşərək Ayı əmələ gətirib.
Ay günün fərqli saatlarında da olsa, hər gün şərqdən doğur, qərbdə batır. Ayın bu xüsusiyyəti eynən Günəş və digər planetlərdə olduğu kimi tək bir səbəbə əsaslanır. Öz oxu ətrafında fırlanan Yer hərəkəti əsnasında kosmosdakı obyektləri özünə cəzb edir, sonra isə itələyir. Ay Yerin ətrafında dövrünü 29.5 günə tamamlayır və göy üzündə şərqə doğru mərhələli hərəkət edir.
Ay bəzən gecələr göy üzündə göründüyü kimi, gündüz də görünür.
“Qaranlıq üz” yoxdur
Eşitdiklərinizin əksinə olaraq Ayın qaranlıq üzü yoxdur. Yerdən görə bilmədiyimiz uzaq üzü var. Yerin cazibə qüvvəsinin təsiri Ayın oxu ətrafında hərəkətini yavaşıdıb. Ay Yerin və özünün oxu ətrafında dönüşünü eyni zamanda tamamlayır və Yerdən baxıldığı zaman tək üzünü bizə göstərir.
Yerin cazibə qüvvəsi çox azdır
Yerin təqiribən 27-də 1-i böyüklüyündə olan Ay planetimizlə müqayisədə çox kiçikdir. Buna görə də Ayın üzərindəki cazibə qüvvəsi Yerdəki cazibə qüvvəsinin 6-da biri qədərdir. Əgər Ayın üüstündə bir daş atsanız, onun səthə düşməsi daha çox vaxt alacaq. Bundan əlavə, Yerdə 68 kiloqram olan adam Ayın səthində 12 kiloqram olur.
Böyük və kiçik bütöv aylar
Ayın Yer ətrafındakı orbiti dairə yox, ellips şəklindədir. Bu vəziyyət Yerin mərkəzi ilə Ayın mərkəzi arasındakı uzaqlığın orbitin fərqli nöqtələrində dəyişməsinə səbəb olur. Ayın orbitinin yer üzünə ən yaxın olduğu nöqtə 363 min, ən uzaq olduğu nöqtə isə 405500 kilometrdir. Bütöv Ay ən uzaq nöqtəsində göründüyü zaman daha böyük və daha parlaq olur.
“Çopur” faylı
Ayın səthindəki kraterlər bu kiçik göy cisminin partlayışlarla zəngin keçmişini əks etdirir. Ayda təqribən atmosferin olmaması, bir sıra geoloji fəaliyyətlərin çox nadir görülməsi, kraterlərin yeni yaranmış kimi nəzərə çarpmasını təmin edib. Tədqiqatçılar kraterlərin yaranmasına səbəb olan toqqquşmanın milyardlarla illik bir keçmişi olduğunu düşünür. Yerdəki atmosfer və iqlim dəyişikliyi üzündən keçmişdə baş verən toqquşmaların izi səthdən silinib. Elm adamları Yerin və peykinin 4 milyard il əvvəl ağır meteroid bombardmanına məruz qaldığını bildirir.
Yuvarlaq deyil
Ayın forması yuvarlaq və ya kürə şəkilli deyil. Ay yumurtaya bənzəyir. Əgər diqqətlə baxsanız, peykin sivri ucunun sizə tərəf olduğunu görə bilərsiniz.
Ay zəlzələləri
Apollo astronavtları sisimometr istifadə edərək nəhəng boz kürənin tamamən ölü olmadığını ortaya çıxarıb. Ayda geoloji fəaliyyətlər davam etdiyi müəyyən edilib. Ayın bir neçə kilometr dərinliyində baş verən zəlzələlərin Yerin cazibə qüvvəsindən qaynaqlandığı zənn edilir. Zəlzələlər planetin səthində müxtəlif qazlar və çatlaqlar meydana gətirir.
Ay uzaqlaşır
Ay yavaş-yavaş Yer kürəsindən uzaqlaşır. Hər il Ay Yerin orbitindəki enerjidən çox az miqdarda oğurlayır. Və bu oğurladığı enerji ilə ildə 4 santimetr Yerdən uzaqlaşır.
Alimlər 4.6 milyard il əvvəl Ayla Yer arasındakı məsafənin 22 530 km olduğunu təxmin edir. Buna görə də günlər getdikcə uzanır.
Qeyd edək ki, hazırda Ay Yerdən 450 min km uzaqlıqdadır. Vaxt gələcək ki, Günlərin uzunluğu bir aya çatacaq, davamlı olaraq Yerdən uzaqlaşan Ay milyardlarla il sonra fərqli həyat şərtləri ortaya qoyacaq.
Qaynar.info