Xəbər lenti

Gürcülər prezidentini seçə bilmədi: 2-ci tur olacaq
Dünya06:24 29.10.2018

Gürcülər prezidentini seçə bilmədi: 2-ci tur olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək.
Qaynarinfo xəbər verir ki, buna səbəb namizədlərdən heç birinin səslərin 50 faizindən çoxunu toplaya bilməməsidir. Belə ki, müstəqil namizəd Salome Zurabişvili ümumi səslərin 38,6 faizini, müxalifətin namizədi, "Vahid Milli Birlik" blokundan Qriqol Vaşadze isə 37,75 faiz səs toplayıb.
O və xanım namizəd Salome Zurabişvili seçkilərin ikinci turunda prezidentlik uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, bu, Gürcüstanda prezidentin xalq tərəfindən sonuncu dəfə seçilməsidir. 2023-cü ildən etibarən isə prezidenti birbaşa gürcüstanlı seçicilər seçməyəcəklər. Onlar ABŞ-dakı kimi prezidenti seçmək hüququna malik şəxsləri seçəcəklər. Eyni zamanda ölkənin idarəçiliyində əsas güc prezidentin deyil, baş nazirin əlində olacaq.