Xəbər lenti

Gürcüstanda prezident seçkiləri başa çatdı (YENİLƏNİB)
Dünya16:11 28.11.2018

Gürcüstanda prezident seçkiləri başa çatdı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.
Qaynarinfo xəbər verir ki, ölkə üzrə seçki məntəqələri saat 20.00-da bağlanıb. Gürcüstanın xarici ölkələrdəki səfirliklərində yaradılan seçki məntəqələri isə yerli vaxtla saat 24.00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, ikinci turda hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparıb.
 
***09.59
Bu gün Gürcüstanda prezident seçkilərinin 2-ci turu keçirilir.
Qaynarinfo xəbər verir ki, səhər saat 08:00-da başlayan seçkilər 16 saat davam edəcək. 3 milyon 528 min 658 nəfər seçici 3703 seçki məntəqəsində səs verəcək. 
Qeyd edək ki, seçkilərdə 28 oktyabrda keçirilən ilk turda ən çox səs qazanmış müstəqil namizəd Salome Zurabişvili və "Vahid Milli Hərəkat" partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparır.
Gülşən
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!