Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkədə iğtişaşlar və dövlət çevrilişi etmək niyyətində idi.
Qaynarinfo xəbər verir ki, bunu hakim "Gürcü Arzusu” partiyasının rəhbəri, parlamentin eks-spikeri İrakli Kobaxidze deyib.
"Gürcüstana çevriliş etmək və ölkədə iğtişaşlar törətmək üçün gəlib. Buna görə hüquq-mühafizə orqanları onun yeni cinayətinin qarşısını almaq üçün bütün tədbirləri gördülər", - Kobaxidze jurnalistlərə deyib.
O, Saakaşvilinin həbsxanaya göndərilməsi ilə bağlı proseslərin hüquqi normalara uyğun olacağını vurğulayıb və siyasətçinin həbsi ilə bağlı bütün məlumatları Kiyevlə bölüşəcəyinə söz verib.
Kobaxidze xatırladıb ki, Saakaşvili hakimiyyətdə olarkən cinayətlər törədib.
"Birincisi, hakimiyyətdə olduğu ilk 9 ild törətdiyi cinayətləri xatırlayırsınız, sonra da müxalifətdəki digər doqquz il", - o əlavə edib.
Bundan əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Saakaşvilinin respublika ərazisində saxlanıldığını bildirib. Saakaşvili özü Ukraynadan Gürcüstana ölkənin gələcəyini müdafiə etmək üçün qayıtdığını deyib.
Alpər