Xəbər lenti

Gürcüstan prezidentinin azərbaycanlı tələbəsi nələr danışdı? - MÜSAHİBƏ
Dünya11:49 30.10.2013

Gürcüstan prezidentinin azərbaycanlı tələbəsi nələr danışdı? - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum oldugu kimi, 2 gün öncə Gürcüstanda keçirilən prezident seçkilərində ölkənin yeni prezidenti seçilib.

Qaynar.info-nun araşdırmalarına görə, o əvvəllər Gürcüstan İctimai İşlər İnstitutunda dərs deyib.

Həmin universitetin kovtasına görə isə, hər il Azərbaycanda orda 4-5 tələbə təhsil alır. O tələbələrdən biri isə jurnalist Azər Nəzərovdur.

A.Nəzərovdan indiki prezident olan müəllimi haqqında müsahibə aldıq. Həmin müsahibəni təqdim edirik.

- Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilini necə xarakterizə edərdiniz?

- Əvvəlcə onu qeyd edim ki, Gürcüstanın yeni prezidenti  Georgi Marqvelaşvili mənə Tibilisidə yerləşən Gürcüstan İctimai İşlər İnstitutunda (GİPA) magistratura tələbəsi olduğum zaman Demokratiya və media fənnindən dərs deyib.  Dərsi bir semestr olsa da mən onu universitetin kafesində və kolidorlarında tez-tez görürdüm.

Ümumiyyətlə sözü gedən universitetdə müəllim və tələbələr arasında rəsmiyyətdən daha çox səmimi münasibət olduğundan istər-istəməz mehribançılıq və ünsiyyət yaranır. Məncə qafqazlıların əksəriyyətinə məxsus olan xüsusiyyətlər onda da cəmləşmişdi. Bura ucadan danışmaq, müəyyən vaxtlarda tez əsəbləşmək və əsəbləşmiş kimi görünməyi daxil etmək olar. dərsdə tələbələri diqqətlə dinləyir və müzakirələrdə onların fikrinə hörmətlə yanaşırdı. Onunla bir xatirəm  də var. Bir dəfə universitetin bufetində qalan sonuncu pendirli kotleti yarıya bölüb mənimlə paylaşmışdı. Daha doğrusu güzəştə gedərək kotleti mənə bağışlamadı, dedi ki, ancaq yarıya bölə bilərik, sən öz hissənin pulunu ödə mən də özümün.
 
Birdə mən onu universitetdə demək olar ki, qışda həmişə uzun qara plaşda görürdüm. Bəzən düşünürdüm ki, deyəsən yazığın elə bircə plaşı var. Yaz gələndə isə bu plaşı qara kostyum əəvəzləmişdi.

- Onun azərbaycanlılara münasibəti necədir?


 - Dərs prosesində onun Azərbaycana qarşı xüsusi marağının olduğunu hiss etməmişəm, ancaq onun Azərbaycan və Ermənistanın daxili və xarici siyasətini çox yaxından izlədiyi bəlli olurdu. Hər halda ölkələrdə baş verən proseslərlə bağlı dərsdə etdiyi şərhlər bunu deməyimə əsas verir.

- Georgi Marqvelaşvilinin siyasi baxışları necədir? Sizcə yeni prezident Gürcüstanda nələri edəcək?

- Dərsdə yadımdadır ki, o, Saakaşvilinin fəaliyyətini birbaşa tənqid etməsə də onun fəaliyyətindən narazı idi. Hər halda tv-də müsahibəsində bir neçə struktur dəyişikliklərini edəcəyini deyib. Yerdə qalanını isə zaman göstərəcək. Bu zaman həm də göstərəcək ki, bizə dərs demiş müəllimimiz öz öyrətdiklərini tətbiq edə bilirmi?!

Qaynar.info