Xəbər lenti

"Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etsə..." - Parlament sədri
Dünya11:26 26.06.2023

"Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etsə..." - Parlament sədri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Tiflisi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağıran insanlar ölkəni Moskva ilə hərbi münaqişəyə cəlb olunmaq riski ilə üz-üzə qoyur. 
Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.
"Gürcüstanı Rusiyaya qarşı ikitərəfli sanksiyalar tətbiq etməyə çağıranlar bizi Rusiya ilə eskalasiya riskinə, yəni Rusiya ilə müharibə riskinə getməyə çağırırlar”, deyə Papuaşvili bildirib.
Onun sözlərinə görə, hazırda Gürcüstan ərazisindən Rusiyaya qarşı beynəlxalq sanksiyalardan yan keçmək üçün istifadə oluna biləcəyi ilə bağlı heç bir fakt aşkarlanmayıb və gələcəkdə də üzə çıxmayacaq.
İyunun 23-də Brüssel Moskvaya qarşı növbəti, 11-ci sanksiyalar paketinin təsdiq edildiyini açıqlayıb. O, 87 şirkət, 100 fiziki şəxs, bir sıra KİV və üçüncü ölkələrin bəzi firmaları üçün məhdudiyyətlər nəzərdə tutur. Estoniya Xarici İşlər Nazirliyinin məlumatına görə, yeni sanksiyalar paketi qüvvəyə minib. Aİ həmçinin əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən yan keçmək üçün mübarizə mexanizmini işə salır.
Aydın