Xəbər lenti

Gürcüstan vətəndaşları da sanksiyaya məruz qalacaqlar – Maykl Makfol
Dünya10:35 07.07.2022

Gürcüstan vətəndaşları da sanksiyaya məruz qalacaqlar – Maykl Makfol

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Volodimir Zelenskinin yanında Rusiyaya qarşı sanksiyalar üzrə beynəlxalq işçi qrupu Gürcüstan və Belarus vətəndaşlarına qarşı sanksiyaları müzakirə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə qrupun koordinatoru, ABŞ-ın Rusiyadakı keçmiş səfiri, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Makfol "PalitraNews”a müsahibəsində bildirib.
"Biz Gürcüstan və Belarusdan olan şəxslərə qarşı sanksiyaları müzakirə edirik və hesab edirəm ki, bunu etmək lazımdır. Hələlik ad çəkməyəcəm, çünki biz bu məsələdə razılığa gəlməliyik, amma düşünürəm ki, sizin ölkənizdə və Belarusda mütləq Putinin müharibəsini dəstəkləyən şəxslər var və onlar bunun nəticələrindən xəbərdar olmalıdırlar”, - deyə Makfol bildirib.
Diplomat vurğulayıb ki, onun koordinasiya etdiyi qrup "beynəlxalq, müstəqil və tərəfsizdir” və "Ukrayna, Britaniya və ABŞ hökumətləri ilə sıx koordinasiyadadır”. Onun ekspertləri bütün dünya hökümətlərinə və şirkətlərinə Kremli Ukraynadakı müharibəni mümkün qədər tez bitirməyə məcbur edə biləcək sanksiyalarla bağlı təkliflər hazırlamağa kömək edirlər.
Qrup ilk dəfə olaraq bu ilin aprelində sanksiyalarla bağlı tövsiyələrini dərc edib. Makfolun sözlərinə görə, onlar indi siyahının növbəti genişləndirilməsi üzərində işləyirlər.
Nizami Bağırov