Xəbər lenti

Gürcüstanda PA-nın fəaliyyəti məhdudlaşdırıldı
Dünya16:09 07.03.2020

Gürcüstanda PA-nın fəaliyyəti məhdudlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın Prezident Administrasiyasının fəaliyyəti koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə martın 7-dən 16-dək müvəqqəti məhdudlaşdırılıb.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə administrasiya məlumat yayıb.

Qeyd olunan dövrdə Orbeliani sarayında rəsmi tədbirlər keçirilməyəcək və vətəndaşların qəbuluna da məhdudiyyətlər tətbiq olunacaq.

Müxtəlif məsələlərlə bağlı Prezident Administrasiyasına müraciət etmək üçün vətəndaşlar "qaynar xətt” və ya rəsmi elektron poçt ünvanı ilə əlaqə saxlaya biləcəklər.

Bu məhdudiyyətlərə baxmayaraq, administrasiya adi rejimdə fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa yoluxma ilə bağlı 12 hal təsdiqlənib.