Xəbər lenti

Gürcüstanda yeni baş prokuror təyin olundu
Dünya18:46 21.01.2014

Gürcüstanda yeni baş prokuror təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanın baş prokuroru vəzifəsinə Georgi Badaşvili təyin olunub.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq fərman Gürcüstanın baş naziri İrakli Qaribaşvili tərəfindən imzalanıb. Georgi Badaşvilinin namizədliyi ölkənin ədliyyə naziri Teya Tsulukiani tərəfindən təqdim edilib.   

Məlumata görə, Georgi Badaşvili yeni təyinatınadək Baş prokurorluğun İstintaq İdarəsinin rəisi vəzifəsində, daha əvvəl isə Maliyyə Nazirliyinin polis idarəsində yüksək vəzifədə çalışıb.
 
Qeyd edək ki, Georgi Badaşvilidən əvvəl  Gürcüstanın baş prokuroru Zurab Partsxaladze olub. O, 2013-cü il dekabrın 30-da tutduğu vəzifədən istefa verib.

Qaynar.info