Xəbər lenti

Gürcüstanlıların əksəriyyəti AB və NATO üzvlüyünü dəstəklədi (SORĞU)
Dünya11:51 12.08.2021

Gürcüstanlıların əksəriyyəti AB və NATO üzvlüyünü dəstəklədi (SORĞU)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanda keçirilən sorğuda iştirak edənlərin əksəriyyəti respublikanın Avropa Birliyinə və NATO-ya daxil olmasını dəstəkləyir. 
Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın Milli Demokratik Beynəlxalq Əlaqələr İnstitutu (NDI) Gürcüstan şöbəsinin 12 avqustda dərc etdiyi araşdırmanın nəticələri sübut edir.
Respondentlərin 76%-nin ölkənin AB-yə daxil olmasını dəstəklədiyi bildirilir. Sorğu iştirakçılarının 11%-i bunun əleyhinə olub. Respondentlərin qalan 13%-i suala cavab verə bilməyib.
Xatırladaq ki, bundan bir qədər əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 2024-cü ildə Tiflisin respublikanın Avropa İttifaqına daxil olması üçün ərizə təqdim edəcəyini bildirmişdi.
Alpər