Ötən gün Banqladeşin paytaxtı Dəkkədə hündürmərtəbəli binada baş verən yanğın qurbanlarının sayı artır.
Qaynarinfo xəbər verir ki, ofislərin yerləşdiyi "FR Tower" binasında başlayan yanğın 25 nəfərin həyatına son qoyub, 70-dən çox insan yaralanıb. Hadisənin səbəbi hələlik müəyyənləşdirilməyib. Cənazələr ailələrinə verilir.
Yanğına 19 yanğınsöndürən qrup müdaxilə edib. Binanın damına çıxan 12 nəfər helikopterlə xilas edilib, 6 nəfər binadan yerə tullanıb.
Qeyd edək ki, Dəkkədə ötən ay baş verən digər yanğın 81 nəfərin ölümünə, 41 nəfərin yaralanmasına səbəb olub.