ABŞ-ın Ceksonvill şəhərində "Boeing 737" sərnişin təyyarəsi çaya düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə şəhərin meri Lenni Karri məlumat verib. Onun sözlərinə görə, yanğınsöndürən və xilasetmə departamentinin əməkdaşları hadisə yerinə yollanıb. Mer bildirib ki, təyyarədə olanların hamısı sağdır.
Məlumata görə, təyyarənin göyərtəsində 142 nəfər olub. Laynerin uçuş-eniş zolağında sürüşdüyü və çaya düşdüyü bildirilir. Təyyarə dayaz yerdədir və batmayıb.