Xəbər lenti

Gözləri ilə məşhurlaşan model intihar etdi - FOTOLAR
Maqazin10:47 03.04.2017

Gözləri ilə məşhurlaşan model intihar etdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən məşhur gənc modellərindən biri həyatına son qoyub. "Qaynar" İstipress-ə istinadən xəbər verir ki, 21 yaşlı Raudha Athif təhsil aldığı universitetin yataqxanasında özünü asıb.
Maldivdə doğulub, böyüyən Raudha Banqladeşdə tibb üzrə təhsil alırdı. İslami Bank tibb Universitetinin 2-ci kursunda oxuyan gənc qız öz otağında canına qəsd edib. 
Təhsil ocağın rəhbərliyi açıqlama yayaraq tələbənin yoldaşlarının otağa daxil olmaq istədikləri zaman meyitlə qarşılaşdıqlarını deyib. "Athif həmişə xoşbəxt görünürdü. Dostları otağının qapısını qıraraq içəri daxil ola biliblər. Hadisənin intihar olduğunu zənn edirik. Amma ekspertizanın nəticəsini gözləyəcəyik". 
Raudha Athif son zamanların ən perespektivli modellərindən biri hesab edilirdi. O, yaşıl gözləri və qarabuğdayi dərisi ilə diqqət çəkirdi. Gənc qız "Vogue" jurnalının üz qabığında da çəkilib.
Su yaşılı gözləri sayəsində 2014-cü ildə "Maldivli qız" fotosu ilə məşhurlaşan Athif modelliyin onun üçün ancaq hobbi olduğunu deyirdi. Ən böyük hədəfi isə həkim olmaq idi.
Qaynar.Az