Xəbər lenti

Hafiz Hacıyev də mitinq təyin etdi: eyni gündə, eyni saatda...
Siyasət09:56 01.10.2014

Hafiz Hacıyev də mitinq təyin etdi: eyni gündə, eyni saatda...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müasir Müsavat Partiyası mitinq təyin edib

Müasir Müsavat Partiyasının (MMP) mərkəzi qərargahında İdarə Heyətinin və rayon təşkilatlarının sədrlərinin iştirakı ilə toplantı keçirilib. 

Partiyadan APA-ya verilən məlumata görə, toplantıda Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamə müzakirə edilərək pislənilib.

İdarə Heyətinin üzvləri baş verənləri Azərbaycanın inkişafından narahat olan qüvvələrin təxribatı hesab ediblər. Qeyd olunan məsələlərlə bağlı etiraz aksiyasının keçirilməsi təklif olunub. 

Qərara alınıb ki, oktyabrın 12-si saat 15.00-da mitinq keçirilsin. Aksiyaya yer alınması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. 

Qeyd edək ki, Milli Şura oktyabrın 12-si saat 15:00-da "Məhsul" stadionunda mitinq keçirməyi nəzərdə tutur. Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri Rafiq Manaflı bildirib ki, mitinq son zamanlar çoxalmış siyasi həbs və represiyalara etiraz olaraq nəzərdə tutulub.

Qaynar.info