Xəbər lenti

Hakimi söyən
İdman 13:05 03.10.2023

Hakimi söyən "Sabah"ın futbolçusuna dördoyunluq cəza

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, iclasda Premyer Liqanın səkkizinci turu çərçivəsində baş tutan oyunlardakı qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.

 "Səbail” – "Sabah” oyununda "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);

"Səbail” – "Sabah” oyununda "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);

"Səbail” – "Sabah” oyununun 90+4-cü dəqiqəsində "Sabah” klubunun 7 nömrəli futbolçusu Boyan Letiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, "Sabah” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.3, 32);

"Kəpəz” – "Qəbələ” oyununda "Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə "Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);

"Kəpəz” – "Qəbələ” oyununda "Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın texniki zonası istiqamətində kənar əşya atıldığına görə "Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 52.1);

"Kəpəz” – "Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 51.2);

"Araz-Naxçıvan” – "Zirə” oyununun 90+4-cü dəqiqəsində "Araz-Naxçıvan” klubunun 4 nömrəli futbolçusu İqor Ribeyro ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Araz-Naxçıvan” klubu 500 manat cərimə edilir (maddə 36.5);

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->