"2022-ci üçün hökumətin təqdim büdcə layihəsinə baxmaq kifayətdir. Sosial sahəyə ayrılan vəsait təxminən 18 faiz azalıb. Tərəfimizdən səslənən bütün əks arqumentlərə cavab olaraq hakimiyyət təmsilçiləri deyirdi ki, sizin fikirləriniz əsassızdır, çünki minimum müavinətlərin məbləği və pensiyalar 2000 dram artırılıb. Dövlət orqanlarını vətəndaşlarımızın rifahına heç bir halda müsbət təsir etməyəcək məbləği vurğulamağa son qoymağa çağırıram. Fakt odur ki, 2000 dramdan sonra vətəndaşlarımızın həyatında heç nə dəyişməyib".
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin "Hayastan” fraksiyasının üzvü Yelena Qirakosyan deyib. Deputat hökuməti anti-sosial siyasət yürütməkdə günahlandırıb. Yelena Qirakosyan qeyd edib ki, inflyasiya eyni templərlə artmaqda davam edir:
"Biz ötən ili 9,6% inflyasiya ilə bağladıq. Bu ilki inflyasiya dərəcəsi ilə bağlı o qədər də müsbət proqnozlar verə bilmirik. Buna kommunal xidmət tariflərinin artırılması da əlavə edilib. Kommunal tariflərin artırılması da vətəndaşlar üçün əlavə yük yaradıb. Yəni biz hər ay kommunal xidmətlərə görə daha çox pul ödəməli olacağıq.
Mərkəzi Bank inflyasiyanın 1,5 faizə çatacağını açıqlayıb. Düşünürəm ki, bu göstərici daha çox olacaq, üstəlik əlavə 1,5 faiz inflyasiya belə cəmiyyətimiz üçün ciddi problemlər yaradacaq. Hökumət nə qədər həyatımızın gündən-günə yaxşılaşdığını, daha yaxşı yaşadığımızı və gəlirlərimizin artdığını iddia etsə də, reallıq tamam başqadır. Heç kimin gəliri artmayıb. Ola bilsin ki, yüksək vəzifəli məmurlarımızın gəlirləri bonuslar hesabına artıb, amma sadə vətəndaşların gəlirləri artmayıb. Əksinə, bahalaşma nəticəsində onların yükü artıb. Hökumət minimum əməkhaqqının artırılması ilə bağlı bizim təklif etdiyimiz qanun layihəsini müzakirə etməyə belə cəhd etmədi.
Amma hökümət üzvlərinə bonuslar, bahalı səfərlər, ezamiyyətlər, bahalı maşınılar sürmək üçün vasitələri var. Bu halda təbii ki, vətəndaşın bir sualı var: Əgər başqa məqsədlər üçün imkan varsa, mən niyə əziyyət çəkməliyəm?”
Deputatın sözlərinə görə, cəmiyyətin qiymət artımına etiraz etməməsinin bir sıra səbəbləri var:
"Səbəblərdən biri ola bilər ki, son vaxtlar cəmiyyətimiz kifayət qədər ciddi böhran vəziyyətinə düşüb. Müharibə, vətənin bir hissəsinin təslim olması, o qədər qurban, yaralı, hələ də həll olunmamış təhlükəsizlik problemləri və s. Belə böhranlı vəziyyətdə cəmiyyət istəklərini tələb etmir, bəziləri laqeyd vəziyyətdədir. Eyni zamanda, istənilən cəmiyyətin səbr qədəhi tükənməz deyil. Bütün bu laqeydliyə baxmayaraq cəmiyyətin etirazını bildirməli olduğu məqam yaxınlaşır”.
Telman