Xəbər lenti

İdman 17:08 14.11.2023

Hakimlərimiz AÇ-nin seçmə oyununu idarə edəcək

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Qaynarinfo-nun məlumatına görə, AVRO-2024 seçmə mərhələsi çərçivəsində  keçiriləcək Finlandiya – Şimali İrlandiya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimləri Elçin Məsiyev və Cavid Cəlilov olacaq.

Qarşılaşma noyabrın 17-də, Finlandiyanın paytaxtı Helsinkidə, Helsinki Olimpiya Stadionunda baş tutacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->