İdman 19:08 01.05.2023

Haland daha bir rekordun astanasında

"Mançester Siti"nin norveçli ulduzu Erlinq Haland yeni rekorda yaxınlaşıb.

Qaynarinfo-nun məlumatına görə, 22 yaşlı futbolçu indiyədək 34 dəfə torları silkələməklə Alan Şirer və Endi Kouldan sonra Premyer Liqada bir mövsüm ərzində bu qədər qol vuran üçüncü oyunçu olub. 

Bu mövsüm "Mançester Siti"nin heyətində meydana çıxdığı 44 matçda 50 qola imza atan və 8 məhsuldar ötürmə ilə yadda qalan Haland, mayın 3-də "Vest Hem"lə qarşılaşmada fərqlənərsə, Premyer Liqa tarixinin bir mövsümdə ən çox qol vuran futbolçusu olacaq.

Premyer Liqa tarixində bir mövsümdə ən çox qol vuran futbolçular aşağıdakılardır:

Endi Koul ("Nyukasl", 1993/94) - 34
Alan Şirer ("Blekbörn", 1993/95) - 34
Erlinq Haland ("Mançester Siti", 2022/23) -  34
Mohəmad Salah ("Liverpul", 2017/2018) - 32
Kriştiano Ronaldo ("Mançester Yunayted", 2007/08) - 31

Səbuhi Həsənov