İdman 12:42 21.02.2024

Halandın yeni tarixi - bütün komandalara qol vurdu

"Mançester Siti"nin hücumçusu Erlinq Haland "Brendford"la qarşılaşmada yeni uğuruna imza atıb.

Qaynarinfo-nun məlumatına görə, "Mançester Siti”yə qələbə qazandıran norveçli hücumçu bu mövsüm qollarının sayını 22-yə çatdırıb.

2022-ci ildə "Borussiya Dortmund"dan "Mançester Siti"yə transfer olan Haland "Brentford"a qarşı keçirdiyi matçla qarşılaşdığı bütün komandalara qol vurub. Bu müddətdə hücumçu Premyer Liqada 53 dəfə fərqlənib. Fuytbolçu ən çox "Mançester Yunayted"lə "Fulhem"in torunu silkələyib. O, ümumilikdə hər iki komandanın qapısına 5 qol vurub.

Haland "Vulverhempton", "Nottingem Forest", "Kristal Palas", "Vest Hem" və "Everton"a  dörd qol vurub.

Səbuhi Həsənov