
"Fast Food" yeməkləri sırasına daxil edilən və tez həzm olunan hamburgeri, hər gün olmasada demək olar ki, həftənin bir neçə günü iştahla yeyirik.
Hamburgeri yedikdən 1 saat sora nələr baş verir?
Qaynarinfo.az xəbər verir ki, ilk 10 dəqiqəlik müddətdə hər şey normal kimi görünə bilər.
Bir hamburger yedikdən təxminən 10 dəqiqə sonra insan bədənində bütün metabolik fəaliyyətlər normal və düzgün bir şəkildə işləyir. Ancaq istehlak etmiş olduğunu hamburgerin yüksək kalori ehtiva etməsi səbəbiylə, qısa bir müddət sonra bədəndə qan şəkəri sürətlə yüksəlməyə başlayır.
20 dəqiqə sonra yavaş-yavaş dopamin aşağı doğru enir
Hamburgerin həzmindən 20-30 dəqiqəlik bir müddət sonra isə dopamin səviyyəsi aşağı doğru enməyə və azalmağa başlayır.
Hamburgerin içində olan yüksək fruktozlu qarğıdalı siropu və natrium minerallarının fəaliyyəti nəticəsində iştah, yediyimiz hamburgeri daha şiddətlə arzulamağa başlayır. Bu vəziyyət irəliləyən müddətdə obezite, şəkər və ürək böhranlarına səbəb ola bilər.

40 dəqiqə sonra yüngül krizlər başlayır
Aradan keçən 40 dəqiqə sonra isə bədənimiz tərkibində şəkər çox olan qidalara qarşı ehtiyac duyur və nəticə etibarilə insan belə qidaları qəbul edir.

50-60 dəqiqə sonra həzm
50-60 dəqiqəzaman içərisində isə, həzm periodu başlayır. Ancaq yediyiniz hamburgerin içərisində heyvan və trans yağlar istifadə olunduğu üçün bu yağların həzmi hətta 3 gündə çəkə bilir.

Zümrüd
Qaynarinfo.az