Xəbər lenti

Harris Trampa sui-qəsd cəhdi ilə bağlı: “Siyasi zorakılığı pisləyirəm”
Dünya 11:39 16.09.2024

Harris Trampa sui-qəsd cəhdi ilə bağlı: “Siyasi zorakılığı pisləyirəm”

ABŞ-ın vitse-prezidenti Kamala Harris bazar günü keçmiş prezident Donald Trampa sui-qəsd cəhdindən sonra "narahat olduğunu” və "siyasi zorakılığı” pislədiyini bildirib.

Qaynarinfo "Ukrainska pravda”ya istinadən xəbər verir ki, bu barədə Harris bəyanatla çıxış edib.

"Keçmiş prezident Trampa mümkün sui-qəsd cəhdindən çox narahatam. Faktları topladıqca bunu açıqlayacağam: mən siyasi zorakılığı pisləyirəm. Biz hamımız bu hadisənin daha çox zorakılığa gətirib çıxarmaması üçün əlimizdən gələni etməliyik”, - ABŞ-ın vitse-prezidenti bildirib.

O, həmçinin Məxfi Xidmət və hüquq-mühafizə orqanlarının işini qiymətləndirib. 

"Keçmiş prezident Trampın sağ-salamat olduğuna görə minnətdaram. ABŞ Məxfi Xidməti və hüquq-mühafizə tərəfdaşlarına sayıqlıqlarına görə təşəkkürümü bildirirəm. Prezident Baydenin dediyi kimi, bizim administrasiyamız Məxfi Xidmətin kritik missiyasını yerinə yetirmək üçün lazım olan bütün resurslara, imkanlara və müdafiə vasitələrinə malik olmasını təmin edəcək”, – Harris yekunlaşdırıb.

Xatırladaq ki, Trampın qolf meydançası yaxınlığında baş verən atışmadan sonra xüsusi-xidmət orqanları, xüsusən də FTB Trampa qarşı mümkün sui-qəsd cəhdini araşdırır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->