Harvard Universitetinin 600-ə yaxın professoru universitet rəsmilərindən prezident Klodin Qeyin Konqresə kampusda antisemitizmlə bağlı izahatına görə işdən qovulmamasını xahiş edən petisiya imzalayıb.
Qaynarinfo bu barədə "Reuters"ə
istinadən xəbər verir.
Agentlik yazır ki, petisiyanın mətni Harvard administrasiyasını "siyasi təzyiqlərə, o cümlədən prezidentin vəzifəsindən kənarlaşdırılması təzyiqinə boyun əyməməyə” çağırır.
Klodin Qey ətrafında antisemitizm qalmaqalı dekabrın 5-də o və digər iki ABŞ universitetinin - Pensilvaniya Universiteti və Massaçusets Texnologiya İnstitutunin prezidentləri Konqresdə keçirilən dinləmələrdə İsrail və HƏMAS arasında müharibənin başlamasından sonra universitet şəhərciklərində antisemitizmin artması ilə bağlı çıxış edən zaman başlayıb.
Hər 3 universitet prezidenti Konqres üzvü Eliza Stefanikin yəhudilərin soyqırımı çağırışlarının onların universitetlərin zorakılıq və təqiblərlə bağlı davranış kodeksini pozub-pozmadığına dair sualına qəti şəkildə "bəli” və ya "xeyr” cavabı verməkdən yayınıblar və hər şeyin "kontekstdən asılı olduğunu” bildiriblər. Universitet rəhbərləri, həmçinin bu məsələnin söz azadlığının qorunması ilə balanslaşdırmalı olduqlarını qeyd ediblər.
Dekabrın 8-də Pensilvaniya universitetinin prezidenti Elizabet Meqill yəhudilərin soyqırımı çağırışlarını birmənalı şəkildə pisləməkdən imtina etdiyi üçün universitetin donoru 100 milyon dollarlıq qrantı geri götürüb. dü.
Dekabrın 9-da ittihamlar fonunda Meqill istefa verib. Bundan sonra, Pensilvaniya universitetinin qəyyumlar şurasının sədri Skott Bok da istefa verib.
Nizami Bağırov