
Dəhşətli "Harvey" və "İrma" qasırğalarından sonra ABŞ "Jose" fəlakəti ilə üzləşməli olacaq.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, qasırğanın ABŞ-ın Konnektikat, Nyu Cersi və Nyu York ştatlarının sahil bölgələrinə təsir göstərəcəyi gözlənilir.
Qeyd edək ki, son həftələrdə təsirini göstərən, Texas və Florida ştatlarını vuran "Harvey" və "İrma" ABŞ-a 250 milyard dollar zərər vurub.
Gülşən
Qaynarinfo.Az