Braziliyanın San Paulu şəhərindəki beynəlxalq hava limanından naməlum şəxslər tərəfindən 750 kiloqram qızıl oğurlanıb.
Qaynarinfo-nun məlumatına görə, cinayətkarlar ötən gün hüquq-mühafizə orqanlarının formasını geyinib polis maşınına bənzər maşında hava limanına daxil olublar.
Yük terminalına girdikdən sonra cinayətkarlar "Brink's" şirkətinə məxsus ikasator furqonunu qarət ediblər. Qarət olunan qızılın məbləği isə 30 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.