
ABŞ-ın Quantanamo həbsxanasının məhkumları qiyama cəhd ediblər.
ANS PRESS-in Rusiya mətbuatına istinadən veriyi məlumata görə, cəhdin qarşısı həbsxana nəzarətçiləri tərəfindən alınıb. Bəzi məhkumlar kameradakı pəncərə və kameranın üstünü paltarları ilə örtüblər.
Bundan sonra nəzarətçilər həmin kameralarda nizam-intizam yaratmaq qərarına gəliblər. Bu zaman məhkumlar qandallarla nəzarəçilərin üstünə hücum çəkiblər.
Nəzarətçilər havaya atəş açaraq məhkumları sakitləşdirməyə çalışıblar. Bu ana olan məlumata görə, Quantanamoda nizam-intizam bərpa edilib. Nəzarətçilər və məhkumlar arasında xəsarət alanların olmadığı bildirilir.
Qaynar.info