
Braziliyada qiyam nəticəsində 60 nəfər yeniyetmə məhbus həbsxanadan qaçıb.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, yerli hüquq-mühafizə orqanları San-Paulu həbsxanasından qaçan 17 nəfəri artıq yaxalaya bilib. Yeniyetmə məhbusların döşəkləri yandırdığı və cəzaçəkmə müəssisəsinin direktorunu girov götürdüyü bildirilir. Assosiated Press-in məlumatına görə, girov götürülən direktor xəstəxanaya çatdırılıb, onun başında kəsilmiş yaralar olub.
Həmçinin 20 nəfər həbsxana nəzarətçinin müxtəlif xəsarətlər aldığı bildirilir.
Qaynar.info