HƏMAS-a məxsus silahların əksəriyyəti İrandan gəlir. Bu silahlar İsrailə qarşı istifadə olunur.
Qaynarinfo Yahoo-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen
deyib.
Fon der Lyayen "İranın arxa planda oynadığı pis rolu" tənqid edib.
"HƏMAS-ı silahla təmin edən İrana qarşı sanksiyalar gücləndirilməlidir. Bizim hesablamalarımıza görə, HƏMAS silahlarının 93%-i İrandan gəlib", - Avropa Komissiyasının rəhbəri bildirib.
O xatırladıb ki, İran Ukraynaya qarşı müharibə üçün Rusiyaya da silah verir. Onun fikrincə, Rusiya Federasiyası və HƏMAS oxşardır.
Avropa Komissiyasının sədri Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatını məhv etdiyini də vurğulayıb. İndi Aİ və onun müttəfiqləri sanksiyalardan yayınma boşluqlarını bağlamağa diqqət yetirir.
Nizami Bağırov