Xəbər lenti

HƏMAS-ın maliyyələşdirilməsi qismən Rusiyanın kriptovalyutası ilə reallaşıb - WSJ
Dünya10:11 15.10.2023

HƏMAS-ın maliyyələşdirilməsi qismən Rusiyanın kriptovalyutası ilə reallaşıb - WSJ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
HƏMAS qrupunun xarici mənbələrdən maliyyələşdirilməsi qismən Moskva kriptovalyutası "Garantex" vasitəsilə həyata keçirilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” "Elliptic"in analitik məlumatlarına istinadən yazır.
Analitiklərin fikrincə, İsrailə hücumdan bir müddət əvvəl HƏMAS ilə müttəfiq İslami Cihad qrupuna məxsus rəqəmsal pul kisələrinə 93 milyon dollar köçürülüb. Bu vəsaitlərin bir hissəsi Rusiyanın "Garantex" birjası vasitəsilə daxil olub.
Vəziyyətlə tanış olan insayderlər iddia edirlər ki, "Garantex" Rusiya yurisdiksiyasında kriptovalyuta əməliyyatlarının aparılması üçün əsas kanala çevrilib. Xüsusən də varlı adamlar onun vasitəsilə Rusiyadan pul çıxarır, rusiyalı kibercinayətkarlar isə gəlirlərini onun vasitəsilə yuyurlar.
Keçən il "Garantex" Qərbin maliyyə sanksiyalarından yayınma roluna görə ABŞ sanksiyalarına məruz qalmışdı. Lakin bu, birjanın fəaliyyətinə ciddi təsir etməyib.
"Garantex"in Estoniyada rəsmi qeydiyyatdan keçməsinə baxmayaraq, onun İT infrastrukturu Rusiyada yerləşir. Xaricdə ruslar arasında məşhur olan BƏƏ və Taylanddakı rezident şirkətlərlə əməkdaşlıq edir.
"The Wall Street Journal" qeyd edir ki, 2021-ci ilin fevralında "Garantex"in həmtəsisçisi Stanislav Druqalev Dubayda müəmmalı şəkildə dünyasını dəyişib. Bundan sonra onun varisi FTX ilə görüşə "dəvət olunub" və burada birjanın müştəriləri haqqında məlumat paylaşmağı təklif ediblər.
Aydın