Fələstinin HƏMAS hərəkatı girovların azad edilməsi müqabilində İsrailin növbəti müvəqqəti atəşkəs təklifini rədd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” HƏMAS-ın siyasi qanadının liderlərinin sözlərinə istinadən məlumat
yayıb.
HƏMAS liderləri Misir vasitəçilərinə bildiriblər ki, İsrail istənilən potensial razılaşmanı müzakirə etməzdən əvvəl Qəzza zolağına hücumunu dayandırmalıdır.
Onlar deyirlər ki, Qəzza zolağına hücum dayandırılsa, İsrail bütün fələstinli məhbusları azad etməli olacaq. Təxminlərə görə, İsraildə 100 fələstinli məhbus qalıb.
İsrail hərbi kampaniyasını dayandırmayacağını və bu şərtin danışıqlara başlamaq üçün əsas ola bilməyəcəyini bildirib.
Qeyd edək ki, dekabrın 20-də İsrail HƏMAS-a 40-a yaxın girovu azad etmək müqabilində Qəzzada hərbi əməliyyatları ən azı bir həftə dayandırmağı təklif edir. Bu məlumata görə, İsrail də yeni razılaşma çərçivəsində bəzi fələstinli məhbusların azad edilməsinin mümkünlüyünü təklif edib.
Əməliyyatın tam dayandırılması ilə bağlı İsrail dəfələrlə bəyan edib ki, HƏMAS məhv edilənə qədər bunu etməyəcək.
Təxminən 130 israilli və əcnəbi vətəndaş hələ də Qəzzada girov saxlanılır. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi çərşənbə axşamı bildirib ki, onların arasında səkkiz amerikalı var.
Nizami Bağırov