
Yaponiyanın “Panasonic” şirkəti 2015-ci ildən insana ağır yükləri qaldırmaqda kömək edən ekzoskeletlərin kommersiya satışına başlamağı planlaşdırır
Aktual.az xarici KİV-ə istinadən bildirir ki, “Power Loader” adlanan bu skeletin quruluşu kostyuma bərkidilən karkasdan ibarətdir. İnsan bədəninin bütün qurtaracaqlarına geyindirilən və xüsusi manipulyator-əllərdən ibarət olan aparat kompüter sistemi ilə idarə ediləcək.
Ekzoskelet insanın hərəkət-dayaq sisteminin funksiyalarını yerinə yetirəcək, əzələlərə düşən yükü xeyli azaldacaq. Bu ixtira 100 kq-lıq yükü asanlıqla qaldırıb, saatda 8 km sürətlə daşımağa imkan verəcək.
40 kq-lıq yük qaldıra bilən daha yüngül model də işlənib hazırlanıb.
Bunlar xəstəxanalarda xəstələri çarpayıdan arabaya qoymaq üçün tibbi heyətə kömək məqsədi ilə istifadə oluna bilər. Onların qiyməti 5-7 min dollar arası olacaq.
Ekzoskelet-kostyumlardan radiasiyadan qoruyan skafandr kimi də istifadə etmək olar.
Qaynar.info



