Xəbər lenti

Hər kəsin gözü önündə qıza təcavüz etdi - VİDEO
Dünya11:57 14.03.2015

Hər kəsin gözü önündə qıza təcavüz etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərədə şok edən təcavüz hadisəsi baş verib. Anspress-in məlumatına görə, hadisənin videosu cinayətkarı tapmaq məqsədiylə KİV-də yayımlanıb. Dəhşətli hadisə İngiltərənin Lids şəhərində 6 mart tarixində, gecə saatlarında baş verib. 
Polisin yayımladığı videoda şəxsiyyəti naməlum olan təcavüzkarın avtobus dayanacağında gözləyən qızın başına daşla vurduğu müəyyən olunub. Daha sonra cinayətkar həmin qadına təcavüz edir. 
Avtobus dayanacağının arxasındakı kolluq qorxunc hadisənin yol tərəfdən görülməsinə maneə törədir. 18 yaşındakı gənc qızı cinsi istismar edən şəxs daha sonra onu ölümə tərk edərək hadisə yerindən sakitcə uzaqlaşıb. 
Təcavüzkarın şəxsiyyəti haqqında hələ heç bir məlumat yoxdur. Robot rəsmi çəkilən təcavüzkarın iyirmi yaşlarında olduğu və Pakistan əsilli olduğu ifadə edilir.
Qaynar.info