Xəbər lenti

Hər kəsin sevimlisi Keyt bu dəfə qəzəb yaratdı:
Dünya 14:25 23.12.2024

Hər kəsin sevimlisi Keyt bu dəfə qəzəb yaratdı: "Bu ailəyə girmək üçün 10 il plan qurdun..."

Dünyanın müxtəlif yerlərində milyonlarla insan tərəfindən "nağıl şahzadəsi" kimi qəbul edilən Britaniya kral ailəsinin gəlini Keyt Middleton 2024-cü ildə həyatının ən çətin dövrlərindən birini yaşadı. Gözlənilməz bir cərrahiyyə əməliyyatı keçirdi və daha sonra xərçəng müalicəsi aldı.

Qayanrinfo xəbər verir ki, artıq müalicə prosesi başa çatıb və görünür, sağlamlıq vəziyyəti yaxşılaşır. Rəsmi açıqlamalara əsasən, Keyt əvvəlki qədər çox rəsmi tədbirə qatılmayacaq, daha çox sağlamlığına və ailəsinə vaxt ayıracaq. Həyatının öncəlikləri işdən çox özü və həyat yoldaşı Şahzadə Uilyam, uşaqları Corc, Şarlotta və Luis olacaq.

Keyt Middleton Londondakı Vestminster Abbeydə ənənəvi Milad konsertinə ev sahibliyi edərək bir çıxış edib. Konsertdə insanları həyatın təzyiqlərindən uzaqlaşmağa, özlərini və ətraflarındakı insanları sevməyə çağırıb.
 


Keytin çıxışı bəzi dairələrdə bəyənilsə də, sosial mediada və bəzi xəbər saytlarında tənqidlərə səbəb olub. Bir çox insan, xüsusən də yüksək yaşam xərcləri ilə mübarizə aparanların bu məsləhətləri həyata keçirməkdə çətinlik çəkdiyini bildirib.

Məsələn, bir istifadəçi belə yazıb: "Keyti sevirəm, amma orta bir insan onun kimi özünə bu qədər vaxt ayıra bilməz. Hər gün uzun saatlar işləməli və ailəsinə baxmalıdır".
 


Başqa bir istifadəçi isə "Keyt heç vaxt həqiqi mənada işləməyib və adi insanların yaşadığı çətinlikləri anlaya bilməz" deyib.

Bir sıra istifadəçilər daha sərt tənqidlər səsləndiriblər. Onlardan biri deyib: "Əgər artıq kral ailəsinin bir üzvü kimi işləmək istəmirsə, bunu açıq şəkildə elan etsin".

Digər bir istifadəçi isə Keytin uzun müddətli fasilə qərarını belə şərh edib: "Bu ailəyə girmək üçün on il plan qurdu. İndi nə demək istəyir? Uzunmüddətli bir istirahət? Kral ailəsinə layiq olmaq bununla bitmir".
 


Amma Keyti müdafiə edənlər də olub. Onlar bildiriblər ki, Keyt ciddi bir sağlamlıq problemi ilə üzləşib və bunun öhdəsindən gəlmək üçün zamana ehtiyacı var. "O, bir müddət sonra yenə də daha çox məsuliyyət götürəcək. Ona görə də hazırda sağlamlığına fokuslanması normaldır" deyə bu mövqedə olanlar qeyd ediblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->