
Türkiyənin İzmir şəhərində növbəti FETÖ əməliyyatı keçirilir.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 268 əsgər barəsində həbs qərarı verilib və İzmir Terrorla Mübarizə Şöbə Müdirliyinin üzvləri 45 vilayətdə əməliyyatlara başlayaraq evlərə basqınlar təşkil edir.
Siyahıda adı olan əsgərlərin bir qismi 15 iyul çevriliş cəhdindən sonra həbs edilib, 117 əsgər isə həbs edilmək üzrədir. Türk Silahlı Qüvvələrinin üzvləri olan bu şəxslərin sahil təhlükəsizliyi və qüvvət komandanlığının nümayəndələri olduğu deyilir.
Qeyd edək ki, barəsində həbs qərarı verilən şəxslər FETÖ terror təşkilatına üzv olmaqda və avtomat telefonlardan istifadə etməkdə ittiham edilirlər.
Gülşən
Qaynarinfo.Az