ABŞ-ın Alabama ştatında, Huntsville şəhəri yaxınlığında hərbi helikopter qəzaya uğrayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "BNO News" yerli hakimiyyət orqanlarına və hadisə şahidlərinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, helikopter Harvest ərazisində magistral yola düşüb və yanıb. Helikopterdə olanların hamısı ölüb. KİV-in məlumatına görə, onlar altı nəfər olub.
Eyni zamanda magistral yolda olan avtomobillərə də ziyan dəyib, yanğın tez bir zamanda söndürülüb.
Qəzanın səbəbləri araşdırlır.
Alpər