Xəbər lenti

Hərbi hissəyə hücum edən separatçılar tərksilah edildi
Dünya06:41 17.04.2014

Hərbi hissəyə hücum edən separatçılar tərksilah edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın Mariupol şəhərində hərbi hissəyə hücum edən separatçılardan 3-ü öldürülüb, 13-ü yaralanıb, 63 nəfəri isə saxlanılıb.

Avropa.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Arsen Avakov bildirib.

Onun sözlərinə görə,  hərbi hissəyə hücum edən 300-dək separatçıya qarşı  cavab olaraq milli qvardiya Daxili İşlər Nazirliyi ilə birgə əməliyyat keçirilib.

Əməliyyat zamanı hərbi hissəni zəbt edənlər milli qvardiyanın əməkdaşlarına müqavimət göstərərək, atəş açıblar. Onlara xəbərdarlıq edilməsinə baxmayaraq, separatçılar  buna əhəmiyyət verməyiblər. Bundan sonra cavab atəşi açılıb. 

Mariupol şəhərinin  bütün polis qüvvələri həyacan siqnalı ilə qaldırılıb və əməliyyata cəlb edilib.  Silahlı  dəstəni tamailə tərksilah edilməsi istiqamətində aparılan əməliyyat şəhərdə hələ də davm etdirilir. Polis  hərbi dəstənin bir qrupunu tərksilah edilməsi istiqmətində izləmə işləri aparmaqla məşğuldur. Şəhər küçələrində isə polis patrul xidməti çəkir.

Əməliyyat nəticəsində  separatçılardan  çoxsaylı silah, Rusiya mobil operatorları olan mobil telefonlar  götürülüb. Hazırda  hücumçuların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş gedir.

Qaynar.info