Siyasət 09:45 30.04.2022

"Həsən Ruhaniyə siyahı təqdim etdim, o şəxslərin heç biri bizə təhvil verilmədi”


"İranda sığınacaq tapmış bir sıra şəxslər var ki, onlar Azərbaycanın ərazi bütövlüyünü müntəzəm qaydada şübhə altına alır”. 

Qaynarinfo xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı bununla bağlı bir nümunə də çəkib:

"Aktau şəhərində Xəzəryanı dövlətlərin Zirvə toplantısı çərçivəsində mənim ovaxtkı Prezident Həsən Ruhani ilə görüşümdə ona 20-yə yaxın azərbaycanlıdan ibarət siyahı təqdim etdim ki, həmin şəxslər İranda yaşayır və mütəmadi şəkildə media və sosial şəbəkələr vasitəsilə təkcə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır, onlar elə ifadələr işlədirlər ki, bu, normal cəmiyyətdə ədəbsizlikdir. Biz həmin şəxslərin Azərbaycana təhvil verilməsini tələb etdik, çünki həmin şəxslər Gəncə şəhərində polisə hücumda iştirak etmişlər və bizdə sübutlar var. Təəssüflər olsun ki, onların heç biri təhvil verilmədi”.