Ukraynanın keçmiş prezidenti və iş adamı Pyotr Poroşenkoya həyat yoldaşı yanacaqdoldurma məntəqəsində hot-doq yeməyi qadağan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Poroşenko "Instagram" səhifəsində paylaşdığı videoda bildirib.
"Sadəcə bunu (videonu) yalnız həyat yoldaşıma göstərmə, çünki o, mənə hot-doq yeməyi qadağan edir", deyə siyasətçi videonu çəkən operatora bildirib.
Poroşenko bu qadağa barədə bir yanacaqdoldurma məntəqəsində, cəbhəyanı bölgələrə səfəri zamanı danışıb. O, kassa önündə dayanan bir müştəridən yeməyin keyfiyyəti barədə maraqlanıb və daha sonra hot-doq almağa qərar verib.
Bundan əlavə, iş adamı onu tanıyan bir kişi ilə birlikdə selfi də çəkdirib. Həmin şəxs həyat yoldaşının Poroşenkonu çox sevdiyini bildirib.
Aydın
Şərhlər