Gündəlik həyatın normallaşması və karantindən tam çıxış əsasən koronavirusa qarşı peyvəndin tapılmasından asılıdır. Dünyadakı yüzlərlə elm adamı təsirli prototip üzərində dayanmadan çalışır. Hazırda mütəxəssislər ümid edirlər ki, gələn il müsbət nəticə görəcəyik.
Qaynarinfo xəbər verir ki, Almaniyanın Səhiyyə naziri Yens Spahn hesab edir ki, bu sahədə əldə edilən ilk nümunələri perspektivli adlandırmaq olar.
Ancaq siyasətçi peyvəndin dəqiq tarixini söyləməyə risk etmir:
"Proses bir neçə il çəkə bilər. Yadda saxlamaq lazımdır ki, test zamanı mənfi nəticələr olur. Digər peyvəndlərin hazırlanması zamanı biz artıq bununla qarşılaşmışııq".
Jens Spahn Səhiyyə Nazirliyinin elm adamları ilə sıx əlaqədə olduğunu və tez bir zamanda vaksinin hazırlanma potensialını yoxladığını qeyd edib. Beləliklə, peyvənd sınağının mərhələlərini birləşdirmək imkanı müzakirə olunur.
Bu həftə Federal Kansler Angela Merkel karantin tədbirlərinin mərhələli şəkildə yumşaldılması məsələsində federal əyalətlərin nazir-prezidentləri ilə yenidən danışıqlar aparacaq. Gündəlikdəki məsələlər qastronomiya və idman sahələrinin gələcək perspektivləridir. Artıq üçüncü həftədir yoluxma nisbəti 1.0-dan aşağı səviyyədə saxlanılır. Jens Span hesab edir ki, bu, sakinlərin pandemiya ilə mübarizə üçün müəyyən edilmiş qaydalara riayət etmələrinin müsbət bir siqnal olduğunu göstərir.
Karantini yumşaltmaq üçün başqa bir vasitə antitel testləri ola bilər. "Tagesschau”nun məlumatına görə, İsveçrə dərman şirkəti "Roche” Almaniyaya bu antitel testlərindən üç milyon nüsxə göndərməyi planlaşdırır. Testlərin təhvil verilməsi artıq Səhiyyə naziri Span ilə razılaşdırılıb. Gələcəkdə Almaniyaya ayda beş milyon test təhvil verilməsi planlaşdırılır.
Alpər