
Diqqətli psixoloqlar uşaqlıqdan bəri bizə yeridilən davranış nümunələrini tapmağa davam edirlər.
qaynar.info milli.az-a istinaən bildirir ki, bu məqalədə ətrafdakı insanlarla ünsiyyəti qaydaya salmağa və həyatı asanlaşdırmağa yardım edəcək psixolojı fəndlər oxucuların diqqətinə çatdırılır.
Bir insanın sizdən xoşu gəldiyini öyrənmək üçün bir söz seçin və həmsöhbətiniz hər dəfə bu sözü və ya ona sinonim olan ifadələri işlətdikdə, başınızı endirin və gülümsəyin. Əgər bu insan sizi bəyənirsə, o zaman onun bu sözü tez-tez işlətdiyini görəcəksiniz.
Əgər insanların sizi ciddi qəbul etmələrini istəyirsinizsə, deyin ki, sizin atanız vaxtilə belə söyləmişdi. İnsanlar valideyn nəsihətlərinə şüursuzca inanmağa meyllidirlər.
"Daş, kağız, qayçı" oyununun çempionu olun. Oyunun əvvəlində rəqibinizə istənilən sualı verin. Bir çox hallarda çaşqın oyunçular məhz "qayçını" atırlar.
Adme bildirir ki, əgər həmsöhbətinizin sizinlə razı olmasını istəyirsinizsə, sual verərkən başınız ilə razılıq bildirməyi unutmayın. Bu hərəkət dediyiniz hər bir sözün həqiqət olmasının işarəsi kimi qəbul edilir. Bundan əlavə, xüsusi davranış qanunlarına əsasən, insanlar cavab verərkən də başları ilə razılıq bildirməyə meyllidirlər.
Siz nə vaxtsa səhər saat 8-də boş metro görməyi xəyal etmisiniz? İnsanların daha çox toplaşdığı ərazilərdə hərəkət etdiyiniz istaqamətə doğru baxın. İnsanların çəkilərək asanlıqla sizə yol verdiklərini gördükdə çox təəccüblənəcəksiniz. Bunun sirri isə çox sadədir: izdihamlı yerlərdə insanlar digər piyadaların hansı tərəfə getdiklərini anlamaq və onlarla qarşılaşmamaq üçün bu piyadaların gözlərinə baxırlar.
Əgər fikrinizdə, məmnuniyyətlə, unutmaq istədiyiniz mahnı səslənirsə , o zaman bu mahnının son sözlərini yadınıza salın. Zeyqarnik effektinə əsasən, beynimiz bitməmiş hadisələri daha yaxşı yadda saxlayır. Buna görə də əgər siz mahnının sonuncu sətirləri barəsində düşünsəniz, mahnı özü ağlınızdan çıxacaq.
Uşaqlarınızın brokoli yemələrini istəyirsiniz? Bu sualı onlara vermək əvəzinə onlardan neçə brokoli istədiklərini soruşun: 5, yaxud 2. Beləliklə, siz artıq onlar üçün brokolini seçmisiniz, lakin uşaqlar özlərinin buna qərar verdiklərini düşünəcəklər. Siz bu fəndi digər hallarda da eynilə tətbiq edə bilərsiniz.
Əgər düşünürsünüzsə ki, kimsə sizi təqib edir, bu zaman, sadəcə olaraq, əsnəyin və ətrafdakı insanlara nəzər yetirin. Əsnək "yoluxucu olduğu" üçün siz dərhal kimin sizi təqib etdiyini görəcəksiniz.
Tanış şəxs sizə istənilən əşyanı çatdırmağa kömək edəcək, məsələn, qutunu. Bu, qutunu təqdim edərkən söhbəti davam etdirəcəyiniz təqdirdə baş verəcək. Bir çox insan bu hiylənin fərqinə varmayacaq və qutunu götürəcək. Lakin diqqətli insanlarla ehtiyatlı olmaq lazımdı - onlar tutula bilərlər.
Əgər siz kiminləsə görüşərkən onun əlini sıxmağa hazırlaşırsınızsa, əllərinizin yetərincə isti olmasından əmin olun. İsti əllər insanlarda səmimilik və mehribançılıq təəssüratını yaradır. Soyuq ələ toxunmaq isə insanlara ədavət və qərəz kimi mənfi təəssüratları bağışlaya bilər.
Həmsöhbətinizn dediklərini başqa şəkildə ifadə edin və onu təkrarlayın. O, başa düşəcək ki, ona, həqiqətən, qulaq asırlar və ən əsası anlayırlar. Lakin bunu qabarıq formada etməyin.
Əgər insanların sizə yardım etmələrini istəyirsinizsə, o zaman xahişinizi bu sözlərlə başlayın "Sənin köməyinə ehtiyacım var..." . İnsanlar özlərini günahkar hiss etmələrini sevmirlər, buna görə də sizin xahişinizi geri çevirə bilməyəcəklər.
Əgər kimsə sizi sevmirsə, ondan qələm istəyin. Bir tərəfdən insanlar sevmədikləri şəxslərə yardım etməyə həvəsli deyillər, digər tərəfdən isə bu, çox kiçik bir xahişdir və onu geri çevirmək lüzumsuzdur. Beləliklə, bu insan, əslində, sizə dəhşətli dərəcədə nifrət etmədiyinin fərqinə varacaq.
Qaynar.info