Xəbər lenti

Hicab üsyanı: İranda Şahçıların planı yerlə-yeksan oldu
Dünya11:41 22.09.2022

Hicab üsyanı: İranda Şahçıların planı yerlə-yeksan oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şahçıların planı yerlə-yeksan oldu, baş tutmadı”. 
Qaynarinfo xəbər verir ki, bu barədə Gunaz.TV-nin rəhbəri Əhməd Obalı İrandakı aksiyalardan danışarkən bildirib. 
"Prime TV Azerbaijan” internet televiziyasının "Qırmızı masa” proqramına qonaq olan Əhməd Obalı etirazlar başlanan gün Rza şahın ABŞ-da yaşayan oğlunun bəyanatını xatırladaraq deyib ki, İran xalqı onun dediklərinə əməl etməyib: 
"Hadisələr başlanan gün-bazar günü şahın Amerikada yaşayan oğlu bəyanat verdi. Dedi ki, ay millət, gedin, Məhsa Əminiyə evdə yas tutun, əzadarlıq edin. Kürd təşkilatları dedi ki, işə getməyin, tətil edin. Amma xalq onların sözünə əməl etmədi. Əksinə, şahçılara qarşı daha aqressiv yazılar yazıldı ki, milləti üsyana çağırmaqdansa, deyirsiz, gedin, əzadarlıq edin.
Əzadarlıq nədir, Ərbəin yürüşü deyil ki?”
O, İranda baş verənlərlə bağlı Güney Azərbaycan milli təşkilatlarının mövqeyini də açıqlayıb: 
"Milli təşkilatlar arasında ümumi xəttdə xırda istisnalarla ciddi bir ixtilaf yoxdur. Hamı etirazları dəstəkləyir, aksiyalarda milli şüarların səslənməsini istəyir.
Milli təşkilatların birgə bəyanatında da 4 əsas nöqtə var. 
Birinci, milli dövlətçilyiin qurulması tələbidir. İkincisi odur ki, aksiyalarda Urmu gölü ilə bağlı şüarlar səsləndirilməlidir. Üçüncü, qadın hüquqlarının müdafiəsidir. Dördüncü tələb odur ki, bu rejim bütövlükdə getməlidir. Bu, əslində Azərbaycan türklərinin tələbidir”.
Sentybarın 13-də İranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmini polis bölməsində işgəncələrə məruz qalaraq dünyasını dəyişib. Hökumət rəsmiləri bu barədə iddiaların əsassız olduğunu bəyan etsə də, Əminin ölümü ciddi etirazlara səbəb olub. Artıq etirazlar İranın iri şəhərlərinə sirayət edib. Hökumət qüvvələrinin aksiyalara sərt müdaxiləsi insanların qəzəbini daha da artırıb.
Aksiyaların hazırda da davam etdiyi bildirilir. İran hakimiyyəti zorakı üsullarla etirazları yatırmağa çalışsa da hələ ki, istəyinə nail ola bilməyib.
Seyid