Xəbər lenti

Hidayət Heydərov Avropa çempionatına getməyəcək
İdman10:10 22.04.2025

Hidayət Heydərov Avropa çempionatına getməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa çempionatında çıxış edəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb. Onu Avropa çempionatında Rəşid Məmmədəliyev (73 kq) əvəz edəcək.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 23-27-də tarixlərində Monteneqroda keçiriləcək. Turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.