Bu yaxınlarda bir çox insanın ölümünə səbəb olan naməlum bir viral qızdırmanın yayıldığı Hindistanın Uttar Pradeş əyalətinin səlahiyyətliləri xəstəliyin səbəbinin dəngə qızdırması ola biləcəyini söyləyib.
Qaynarinfo xəbər verir ki, mütəxəssislər bu xəstəliyin daşıyıcısının ağcaqanadlar olduğunu aydınlaşdırıbdılar.
"Simptomlarına görə, bu, dəngə qızdırmasıdır. İndi bu xəstəliyin artmasının səbəblərini və bütün ölümləri araşdırırıq", - əyalətdəki sağlamlıq problemlərinə nəzarət edən Amit Mohan Prasad deyib.
Xatırladaq ki, bir qədər əvvəl Uttar Pradeş əyalətində naməlum xəstəlikdən 12 uşaq olmaqla 70 nəfərin öldüyü bildirilmişdi. Daha sonra əyalətin səhiyyə rəhbəri bu məlumatı təkzib edib və 32 uşağın, 7 yetkinin hərarətdən öldüyünü bildirib.
Şöbədən əlavə edilib ki, xəstələrin əksəriyyətində yüksək hərarət, qanda trombositlərin səviyyəsində azalma və su çəkilməsi var. Digər şeylər arasında xəstələrdə bu dəngə simptomları görünüb - şiddətli baş ağrısı, əzələ ağrısı, ürək bulanması, yüksək hərarət və limfa düyünlərinin şişməsi.
Dəngə qızdırması (xəstənin özünəməxsus yerişinə görə təhrif olunmuş ingilis dandy "dendi"dən; sümükqırıcı qızdırma, oynaq qızdırması, zürafə temperaturu, beş günlük qızdırma, yeddi günlük qızdırma, xurma xəstəliyi) kəskin transmissiv viral xəstəlikdir. Dəngə qızdırmasına səbəb olan viruslar Flavivirus cinsinin Flaviviridae ailəsinə (arboviruses antigenik qrupu) arboviruslara aiddir.
Alpər