Hindistan Müdafiə Nazirliyi 29 avqustdan 30 avqusta keçən gecə Çin ilə sərhəddə silahlı toqquşma baş verdiyini bildirib.
Qaynarinfo-nun məlumatına görə, ölən və yaralananlar barədə məlumat yoxdur.
Xatırladaq ki, Ladaxdakı gərginlik mayın əvvəllərində başlayıb. 15 iyul münaqişənin böyüməsində mühüm bir mərhələ olub. Çin-Hindistan ordusu arasında baş verən kütləvi davada 20 Hindistan əsgəri öldürülüb. Çin tərəfdən nə qədər qurban olduğu bilinmir.
Alpər