Dünya 13:54 29.06.2022

Hindistan qaynayır: iki müsəlman bir hindli kişinin başını kəsib videosunu yaydı

Çərşənbə axşamı (28 iyun) Hindistanın şimal-qərbindəki dərzi dükanında iki müsəlman tərəfindən bir hindli kişinin başı kəsilib.

Qaynarınfo bu barədə "Euronews"a istinadən xəbər verir.

Hindistanda ekstremizmin şiddətlənməsi və bu ölkənin iki hakim partiyasının islam dini ilə bağlı təhqiramiz ifadələrinə görə müsəlmanların və İslam ölkələrinin hiddətlənməsindən sonra  ölkə növbəti dəfə müsəlmanlar və hindlilərin toqquşmasına şahid olub.

Öldürülən şəxs hakim Bharatiya Janata Partiyasının keçmiş sözçüsü Nopur Şarma tərəfdarı olan hind vətəndaşdır. İki müsəlman qətl səhnələrini əks etdirən videonu sosial mediada yerləşdirərək qətlə görə məsuliyyəti öz üzərinə götürdüyü bildiriblər.

Polis şübhəliləri Racastan əyalətinin Udiipur şəhərində həbs etdiyini bildirib.

Həmçinin, polisin məlumatına görə, bu videonun yayılması ilə əlaqədar internet xidmətləri məhdudlaşdırılıb və insanlardan bu videonu paylaşmaqdan çəkinmələri tələb olunub.

Eləcə də insanların qəzəbli reaksiyasının qarşısını almaq məqsədilə şəhərin bəzi ərazilərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib.

Racastan qubernatoru şübhəlilərin həbs olunduğunu elan edərək "Bu cinayətkarlar ən ağır məhkəmədə mühakimə olunacaqlar", - deyib.

Qeyd edilir ki, yayılan videoda iki şəxs sözügedən qətlin məsuliyytini öz üzərlərinə alaraq, həm də Hindistanın baş naziri Narendra Modini öldürməklə hədələyiblər.
M.Arif