Xəbər lenti

Hindistan təyyarələri Pakistanı bombaladı
Dünya07:00 26.02.2019

Hindistan təyyarələri Pakistanı bombaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistana aid hərbi təyyarələr Müzəffərad bölgəsindən Pakistan hava sərhədini pozub.
Qaynarinfo xəbər verir ki, təyyarələr Pakistanın müdaxiləsindən sonra ölkəni tərk edib. Hindistan hava qüvvələrinin ərazini bombaladığı yayılan xəbərlər arasındadır. Hadisə zamanı maddi itki və tələfat qeydə alınmayıb.
Qeyd edək ki, 14 fevralda Hindistanın Kəşmir ərazisində hərbçilər bombalı hücumun hədəfi olmuş, 44 nəfər həyatını itirmişdi. Hindistan hökuməti hücumda Pakistanı ittiham edir, qarşı tərəf isə bu iddiaları rədd edir.
Gülşən