Xəbər lenti

Hindistanda bir gündə 100-dən çox insanı ildırım vurub
Dünya17:00 27.06.2020

Hindistanda bir gündə 100-dən çox insanı ildırım vurub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 25-də Hindistanın şimal-şərqində yerləşən Bihar ştatında azı 92 nəfər ildırım vurması nəticəsində həlak olub.
Qaynarinfo "Times of India” nəşrinə istinadla xəbər verir ki, Bihar ştatının Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Departamenti ən çox ölüm hallarının Hopalhandj rayonunda baş verdiyini bildirib – 13 nəfər.
Ümumilikdə isə Bihar və Uttar-Pradeş ştatlarında ildırım vurması səbəbindən 100-dən çox insan həyatını itirib. Hazırda bu ştatlarda ildırım çaxması ilə müşayiət olunan musson yağışları davam edir.