Hindistanda 24 yaşlı gəlin toy mərasimini ləğv etsə də, həmin axşam başqa bir kişi ilə nikaha daxil olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.
Yaxınlarının sözlərinə görə, gəlin bu qərarı bəy tərəfdən gələn toy karvanının bəzi iştirakçılarının gəlinin ailəsindəki qadınlara qarşı nalayiq davranış nümayiş etdirməsindən sonra verib. Qısa müddət ərzində yaranan mübahisə davaya çevrilib.
Polisin müdaxiləsindən sonra tərəflər toy mərasiminin keçirilməməsi barədə razılığa gəlib. Bəyin ailəsi təqdim olunan hədiyyələri geri qaytarmağa və toy hazırlıqları üçün çəkilən xərcləri ödəməyə razılaşıb.
Lakin mərasim zalını tərk edərkən tərəflər arasında yenidən qarşıdurma baş verib. Nəticədə bir neçə nəfər yüngül xəsarət alıb və onlara tibbi yardım göstərilib.
Daha sonra elə həmin axşam gəlin başqa bir kişi ilə evlənib. Nikah mərasimi əvvəlki toyun keçirilməsi planlaşdırılan eyni məkanda baş tutub.
Hadisədən sonra hər iki tərəf polisə müraciət edib. Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Aydın
Şərhlər