Xəbər lenti

Hindistanda körpünün uçması nəticəsində ölənlərin sayı 60-ı ötdü
Dünya18:25 30.10.2022

Hindistanda körpünün uçması nəticəsində ölənlərin sayı 60-ı ötdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 60 nəfəri keçib.
Qaynarinfo xəbər verir ki, bu barədə NDTV kanalı mənzil tikintisi və kənd rayonlarının inkişafı naziri Briceş Merca istinadən məlumat verib.
"Ən azı 60 nəfər ölüb. 17 nəfər xəstəxanadadır”, - nazir bildirib.
Faciə yerində xilasetmə əməliyyatı davam edir. Rəhbərlik qurbanların sayının artmaqda davam edəcəyini istisna etmir.