Xəbər lenti

Hindistanda terror aktı: ölən və xəsarət alanlar var (VİDEO)
Dünya14:41 06.03.2022

Hindistanda terror aktı: ölən və xəsarət alanlar var (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanın şimalında törədilən terror aktı nəticəsində azı 1 nəfər ölüb, daha 20 nəfər yaralanıb.
"Report” bu barədə NDTV telekanalına istinadən xəbər verir.
Məlumata görə, hadisə Cammu və Kəşmirin paytaxtı Şrinaqarda qeydə alınıb. Naməlum terrorçular insanların sıx olduğu bazarda bir qrup polis və hərbçiyə qumbara atıblar. Yaralılar xəstəxanaya çatdırılıb.
Polis zabiti Rakeş Balvalın sözlərinə görə, terror aktı zamanı 71 yaşlı kişi öldürülüb: "Yaralılardan daha bir nəfərin - gənc qadının vəziyyəti ağırdır".
Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.
<iframe allow="autoplay; fullscreen" src="https://www.ndtv.com/video/embed-player/?site=classic&id=623220&autostart=false&autoplay=0&pWidth=420&pHeight=315&category=embed" width="420" height="315" frameborder="0" scrolling="no" allowfullscreen="true" webkitallowfullscreen="true" mozallowfullscreen="true">